Qadın voleybolçular arasında dünya çempionatının II mərhələsinin II turu çərçivəsində Dominikan Respublikası – Azərbaycan matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, rəqibimizin 3:1 hesabı ilə qalib gəldiyi matçın bombardiri yenə Polina Rəhimova olub.
Ötən gün İtaliya yığması ilə (3:1) oyunda 28 xal toplayan hücumçumuz bu dəfə 26 xala sevinib. Millimizin digər voleybolçularından – Yana Ağayeva 10, Yekaterina Jidkova 8, Yelena Parxomenko 5, Oksana Parxomenko 4 və Kseniya Kovalenko 1 xal qazanıb.
Dominikan Respublikasının heyətində isə Prisilla Rivera Brens ilə Bethania De La Cruz De Pena 16 dəfə fərqlənməyi bacarıb. Varqas Valdes Annerys Viktorya 13, Fersola Norberto Marianne 10, Mambru Kasilla Qina Altaqrasia 7, Martines Brayelin Elizabe 2 və Marte Frika Niverka Darlenis 1 xal qazanıb.
Ümumi komanda hesabında isə yığmamız bütün göstəricilərdə rəqibinə uduzub.
Dominikan R |
Göstəricilər |
Azərbaycan |
56 |
Hücum |
47 |
5 |
Blok |
5 |
4 |
Servis |
2 |
33 |
Səhvlər |
20 |
98 |
Cəmi |
74 |