Klublarımız əvvəlki məkanda
12.09.2014 - 15:04
Klublarımız əvvəlki məkanda

Azərbaycan klublarının qadın voleybolçular arasında Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi arenalar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Super Liqanın iki ən yaxşısı – “Rabitə” və “Azəryol” əvvəlki illərdə rəqiblərini qəbul etdiyi meydanlarda çıxış edəcək.

 

Son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə” yenə də “Sərhədçi” Olimpiya Mərkəzində azarkeşləri önünə çıxacaq. “Azəryol” isə Voleybol Mərkəzində meydan sahibi olacaq.