Marek Royko Azərbaycan millisinə əlcək atdı
04.06.2014 - 12:51
Marek Royko Azərbaycan millisinə əlcək atdı

“Qrupda ikinci yeri tutmağımızı da pis nəticə deyil. Çünki final mərhələsi üçün mübarizəni davam etdirəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Slovakiya millisinin baş məşqçisi Marek Royko deyib.

 

Mütəxəssis Avro-2015-in III mərhələsində Azərbaycan yığması ilə düşmələrinə münasibət bildirib. Roykonun sözlərinə görə, gələn ilin mayında baş tutacaq pley-off oyunlarına kimi yetirmələri təcrübələrini daha da artırıb yığmamıza qarşı inamla mübarizə aparacaqlar: “Əsas məqsədimiz final mərhələsinə yüksəlməkdir. Bunun üçün Azərbaycan yığmasını mübarizədən kənarlaşdırmalıyıq və məhz arzu ilə də görüşlərə çıxacağıq. İnanıram ki, istəyimizi həyata keçirə biləcəyik”.

 

Qeyd edək ki, Slovakiya ilə ilk oyunumuz gələn il mayın 22-24-ü arası Bakıda olacaq.