Çimərlik voleybolu üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək Avropa çempionatının I mərhələsində ölkəmizin şərəfini qorumalı olan Viktoriya Ağakişiyeva və İrina Abbaszadə son anda heyətdən çıxarılıblar.
Yığmamızda debütə hazırlaşan milliləşdirilmiş legionerlərimizi Viktoriya və Lyubov Qaluşko bacıları əvəzləyib. Bu, cütlüklərdə də dəyişikliklər olmasına səbəb olub. Nəticədə Qaluşkolar bir, Yuliya Kərimova ilə Zinaida Lyubimova digər cütlüyü təşkil edəcək.
Qeyd edək ki, iyunun 21-22-də baş tutacaq yarışda Artyom Fedorov - Maksim Basuy və Yaroslav Rudıx - Leonid Qritsay cütlükləri də ölkəmiz adından çıxış edəcəklər.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO