Millimiz Barini tərk edir
03.10.2014 - 09:37
Millimiz Barini tərk edir

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün İtaliyanın Bari şəhərini tərk edəcək. Apasport.az saytının məlumatına görə, yığmamız dünya çempionatının I qrup mərhələsinin 5, II qrup mərhələsinin 2 oyununu keçirdiyi şəhəri bu gün Triesteyə dəyişəcək.

 

Buna səbəb komandamızın Almaniya və Xorvatiya ilə matçlarının buraya salınmasıdır. “PalaTrieste” salonunda bu rəqiblərlə gücünü yoxlayacaq millimiz ardınca vətənə qayıdacaq. Çünki son 2 qarşılaşmanın nəticəsindən asılı olmayaraq, yığmamızın qrupda qalacağı rəsmiləşib.

0