Millimizin bombardirindən 19 xal
28.06.2014 - 11:41
Millimizin bombardirindən 19 xal

Qadın voleybolçular arasında Avropa Liqasının VII turunda keçirilən Azərbaycan – Türkiyə matçının ən yaxşıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimizin 3:1 (25:16; 19:25; 25:16, 25:15) hesabı ilə qalib gəldiyi görüşün bombardiri Katerina Jidkova olub. Yığmamızın üzvü 19 xal qazanıb.

Matçın 5 ən məhsuldar oyunçusu arasında Yana Matiasovska-Ağayeva (16), Anastasiya Qurbanova (12) və Ayşən Abduləzimova (11) da yer alıb. Qonaqlardan isə Gözdə Yılmaz fərqlənib – 18 xal.

Qeyd edək ki, Azərbaycan və Türkiyə milliləri bu gün yenidən üz-üzə gələcək.

0