Millimizin kapitanı: Bir komanda kimi mübarizə apardıq
05.10.2014 - 16:00
Millimizin kapitanı: Bir komanda kimi mübarizə apardıq

“Bir komanda kimi mübarizə apardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Oksana Kurt Parxomenko deyib.

 

O, ötən gün İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının II qrup mərhələsinin III turunda Xorvatiya millisini 3:1 hesabı ilə məğlub etmələrindən danışıb: “Artıq bizim bütün oyunçuların yüksək səviyyədə oynamaq təcrübəsi var. Polina komandanın əla hücumçusudur. Lakin bu gün bütün komanda lider oldu”.