Rəqibimizdən asan qələbə
06.10.2014 - 10:40
Rəqibimizdən asan qələbə

Qadın voleybolçular arasında Polşa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında “Rabitə” ilə eyni qrupda yer alan “Ximik” Orlenliqanın ilk turunda “Developres” klubunun qonağı olublar.

 

Ölkə çempionları debütantlara qalib gəlməkdə ciddi müqavimətlə üzləşməyiblər – 3:1 (25:16; 26:24; 23:25; 25:10).

 

Yığmamızın üzvü Yana Ağayevanın şərəfini qoruyacağı “Atom” da turu qələbə ilə başa vurub. Onlar səfərdə KSZO-nu darmadağın ediblər – 3:0 (28:26; 25:22; 25:17). Təmsilçimiz əsas komandamızla mundialda iştirak etdiyindən matçda oynamayıb.