Rəqibimizdən ilk
28.10.2014 - 09:20
Qadın voleybolçular arasında Almaniya Bundesliqasında II turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində CEV kubokunda “Lokomotiv”in rəqibi “Rote Raben” “Aahen”i qəbul edib.
Qarşılaşma noyabrın 12-də Bakı təmsilçisi ilə oynayacaq ev sahiblərinin qələbəsi ilə başa çatıb – 3:2 (25:14; 25:23; 27;29; 20:25; 15:10).
Bu qələbə sayəsində “Rote Raben”in mövsümdə ilk xallarını qazanıb. Aktivinə 2 xal yazan rəqibimiz 7-ci pillədə qərarlaşıb.
0
0