Rəqibimizdən növbəti qələbə
18.11.2014 - 10:01
Qadın voleybolçular arasında Rusiya Superliqasında yaranan fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, ölkə kubokunun ardınca III turun görüşləri təşkil olub.
Tur çərçivəsində “Rabitə”nin Çempionlar Liqasındakı rəqibi Kazan “Dinamo”su “Zariçye Odintsovo”nu qəbul edib. Görüş ev sahiblərinin 3:1 (25:21; 23:25; 25:14; 25:14) hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra aktivində 7 xalı olan “Dinamo” 4-cü pillədə qərarlaşıb.
0
0