Rəqibimizin çempionluq arzusu puç oldu
25.08.2014 - 09:20
Rəqibimizin çempionluq arzusu puç oldu

Qadın voleybolçular arasında dünya Qran-prisinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adına Braziliya layiq görülüb.

 

Onlar həlledici görüşdə Yaponiya millisinə heç bir şans verməyiblər – 3:0 (25:15, 25:18, 27:25). Növbəti yerləri müvafiq olaraq, Rusiya, Türkiyə, Çin və Belçika tutub.

 

Qeyd edək ki, Yaponiya, Çin və Belçika dünya çempionatında Azərbaycan yığması ilə eyni qrupda yer alıb.