Rəqiblərimizdən fərqli nəticələr
02.08.2014 - 10:15
Rəqiblərimizdən fərqli nəticələr

Qadın voleybolçular arasında Dünya Qran-Prisinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri ilk tur çərçivəsində fərqli nəticələr göstəriblər.

 

Belə ki, əsas rəqiblərimizdən olan Cin, Yaponiya və Kuba milliləri birinci oyunlarını xalsız başa vurublar. Braziliya ilə qarşılaşan çinlilər yalnız 1 setlə təsəlli tapıblar – 1:3 (21:25; 25:23; 25:17; 25:16).

 

Yaponlar Türkiyəyə (0:3 (29:27; 25:19; 25:21)), kubalılar isə Polşaya (0:3 (25:21; 26:24; 25:12)) “quru hesabla” uduzublar.

 

Onlardan fərqli, Belçika və Puerto-Rika I turu qalib kimi başa vurublar. Avropalılar Kanada voleybolçularına heç bir şans verməyiblər – 3:0 (25:17; 25:20; 25:19). Puerto-Rika da Perunu eyni hesabla məğlub edib – 3:0 (25:23; 25:16; 25:22).

 

Qeyd edək ki, Pran-Prinin ikinci mərhələsinə sabah yekun vurulacaq.