Rəqiblərimizdən hansının güclü olduğu bilindi
20.08.2014 - 11:43
Qadın voleybolçular arasında dünya Qran-prisinin final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Yaponiyanın ev sahibliyi etdiyi yarışın ilk görüşündə Çin Belçika millisi ilə qarşılaşıb.
Dünya çempionatının final mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan komandaların duelində Asiya təmsilçisi qələbə qazanıb. Onlar Belçikaya xal belə verməyiblər – 3:1 (25:19, 25:27, 25:18, 25:15).
Qeyd edək ki, Qran-prinin həlledici mərhələsində rəqiblərimizdən Yaponiya da çıxış edir. Digər komandalar isə Rusiya, Türkiyə və Braziliyadır.
0
0