Seneqallı oyunçunun Azərbaycanda debütü alınmadı - FOTO
28.10.2014 - 13:32
Seneqallı oyunçunun Azərbaycanda debütü alınmadı - FOTO

“Rabitə” daha bir voleybolçusunu icarəyə verib. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionunun az öncə 3 illik müqavilə bağladığı Fatu Diuk karyerasını Finlandiyada davam etdirəcək.

 

29 yaşlı seneqallı hücumçu “Pölkki Kuusamo” klubu ilə anlaşıb. O, ən azı yeni mövsümü burada keçirəcək.

 

Qeyd edək ki, Diuk öncə “İqtisadçı”ya icarəyə verilsə də, Bakı təmsilçisinin fəaliyyətini dayandırması Super Liqa tarixinə ilk seneqallı kimi düşməsinə imkan verməyib. 

0