Topaz Premyer Liqasında XIII turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 23-də start götürüb, iki gün davam edəcək turun oyunlarının vaxtı və yeri müəyyənləşib.
Belə ki, tura “Qarabağ”la AZAL arasında qarşılaşma ilə start veriləcək. Liderin ardınca isə əyalət təmsilçiləri – “Qəbələ” və “Simurq” münasibətlərini aydınlaşdıracaq.
“Böyük oyun” isə noyabrın 24-də baş tutacaq. Həmin matçla “Sumqayıt” – “Balı” görüşləri eyni saatda start götürəcək.
XIII tur
23 noyabr (bazar)
15:15. “Qarabağ” – AZAL
Tofiq Bəhramov adına Respublika stadionu
17:15. “Qəbələ” – “Simurq”
Qəbələ şəhər stadionu
24 noyabr (bazar ertəsi)
17:00. “Xəzər Lənkəran” – “Neftçi”
“Dalğa Arena”
17:00. “Sumqayıt” – “Bakı”
“Kapital Bank Arena” stadionu