Yığmamız Sloveniyaya yollandı
05.08.2014 - 08:51
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakı hazırlığını bitirib. Apasport.az saytının məlumatına görə, iyunun 2-dən bir araya gələn komanda bu gün Sloveniyaya yollanıb.
Səfərdə məqsəd sentyabrda start götürəcək dünya çempionatına hazırlıqdır. Komandamızın Sloveniyada 2 həftə təlim-məşq toplanışında olacağı bildirilir. Yığmamız burada bir neçə sınaq matçı da keçirəcək.
Qeyd edək ki, millimizin liderləri Sloveniyada komandaya qoşulacaqlar.
0
0