Yığmamız üçün Milonakislə Simonovska
04.06.2014 - 08:36
Qadın voleybolçular arasında Avropa Liqasının ilk 2 turunu idarə edəcək hakimlərin adları məlum olub. Apasport.az saytının məlumatına görə, iyunun 6-da Bolqarıstan millisi ilə oynayacaq Azərbaycan yığmasını meydana yunanıstanlı Aleksandros Milonakis çıxaracaq. Qarşılaşmada ikinci referi funksiyasını Sonya Simonovska (Monteneqro) yerinə yetirəcək.
1 gün sonra yenə Sofiyada baş tutacaq bu yığmaların oyununda da eyni hakimlər ədaləti qoruyacaq. Sadəcə, ikinci matçda Simonovska əsas, Milonakis köməkçi referi olacaq.
Qeyd edək ki, oyunlar Bakı vaxtı ilə 20:30-da başlayacaq.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO
0
0