Yığmamızın hücumçusu mərhələnin ən yaxşısı oldu
29.09.2014 - 08:36
Yığmamızın hücumçusu mərhələnin ən yaxşısı oldu

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında I qrup mərhələsinin ən məhsuldar oyunçuları məlum olub. Apasport.az saytının məlumatına görə, siyahıya Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova başçılıq edir.

 

İlk 5 oyunda 120 xal toplayan hücumçumuz rəqiblərini böyük fərqlə üstələyir. Belə ki, 2-ci olan yaponiyalı Saori Kimura 92, 3-cü olan çinli Tinq Ju 88 xal toplayıb.

 

Yığmamızın digər üzvlərindən üçü də ilk “100-lük”də yer alıb. Kseniya Kovalenko 45 xalla 56-cı, Odina Əliyeva 41 xalla 66-cı, Anastasiya Qurbanova 34 xalla 83-cü yerdə qərarlaşıb. Təmsilçilərimizdən Ayşən Əbdüləzimova 22 xalla 123-cü, Oksana Parxomenko 16 xalla 144-cü, Yekaterina Jidkova 15 xalla 149-cu, Yelena Parxomenko 3 xalla 227-ci, Yana Ağayeva 1 xalla 248-ci pillədədir.

 

Qeyd edək ki, ümumilikdə 258 voleybolçu xal qazana bilib.