Yığmamızın oyunçusu üçün Gürcüstanda daha bir kubok
04.06.2014 - 10:15
Azərbaycan millisinin basketbolçusu Zaur Paşayev Gürcüstanda daha bir titul qazanıb. Apasport.az saytının məlumatına görə, “Kutaisi” klubunun şərəfini qoruyan həmyerlimiz Superkubokun qalibi olub.
Belə ki, Paşayevin komandası qarşılaşmada çempionatının finalında uduzduğu Tiflis “Dinamo”su ilə üz-üzə gəlib. Matç “Kutaisi”nin 80:74 hesablı qələbəsi ilə başa çatıb. Oyunda 15 xal toplayan təmsilçimiz 9 asist və 2 rebaundla komandasının əsas oyunçularından biri olub.
Qeyd edək ki, Paşayev daha öncə “Kutaisi” ilə Gürcüstan kubokunu qazanmışdı.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO
0
0