Yığmamızın oyunçusu zədədən qayıtdı
02.08.2014 - 14:13
Azərbaycan millisinin voleybolçusu Kseniya Kovalenko məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, ötən ayın əvvəlində Türkiyədə ayağından əməliyyat olunan təcrübəli blokçumuz 1 aylıq fasilədən sonra yenidən zala qayıdıb.
Hələlik bərpa prosesi keçən və fərdi məşqlərə üstünlük verən Kovalenkonun dünya çempionatında kimi formasını yığacağı bildirilir.
Qeyd edək ki, mundial sentyabrın 23-də İtaliyada start götürəcək.
0
0