Bir günlük fasilədən sonra İtaliyada qadın voleybolçular arasında keçirilən dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, ötən gün qrup mərhələsində IV turun növbəti oyunları keçirilib
Millimizin rəqiblərindən öncə meydana yığmamızın məğlub etdiyi komandalar çıxıb. Hər iki görüşdə 3:2 hesabı ilə qalib gəldiyimiz Yaponiya ilə Puerto-Riko üz-üz gəlib. Matçda Asiya təmsilçisi rəqibinə heç bir şans verməyib - 3:0.
Digər oyunda isə voleybolularımızın darmadağın olduğu Çin ilə Kuba qızları qarşılaşıb. Bu görüşdə də sevinən tərəf asiyalılar olub. Çin voleybolçuları rəqibini darmadağın edib.
Qeyd edək ki, bu gün millimiz Belçika yığmasına 3:0 hesabı ilə uduzub.
DÇ-2014
D qrupu
27 sentyabr
Yaponiya – Puerto-Riko – 3:0 (25:21, 25:20, 25:19)
Çin – Kuba - 3:0 (25:15; 25:11; 25:18)
Belçika – AZƏRBAYCAN - 3:0 (25:21; 25:12; 25:21)
1. Çin |
4 |
12 |
2. Yaponiya |
4 |
10 |
3. Belçika |
4 |
6 |
4. AZƏRBAYCAN |
4 |
4 |
5. Puerto-Riko |
4 |
4 |
6. Kuba |
4 |
0 |