Yığmamızın Avropa çempionatı üçün heyəti – GƏNCLƏŞMƏ BAŞLADI
05.07.2022 - 10:08
Yığmamızın Avropa çempionatı üçün heyəti – GƏNCLƏŞMƏ BAŞLADI

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin ilkin heyəti açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Pərviz Səmədov Avropa çempionatının təsnifat mərhələsi üçün 18 oyunçu sifariş edib. 

Heyət əvvəlki illərlə müqayisədə kifayət qədər gəncləşib. Millinin “ağsaqqalları”nın bir neçəsi artıq “18-lik”dən kənar qalıb. Son illərdə komandada olan Elmin Alışanov və Dmitri Obodnikov, eləcə də baş məşqçi Pərviz Səmədov meydana bu dəfə voleybolçu kimi çıxmayacaqlar. Son heyətlə müqayisədə Mirəşrəf Rzazadə, Uğur İbrahimov, Ruslan Əliyev və Sənan Dünyamalıyev də yığmada olmayacaqlar. Əvəzində Mirhasil Seyidli, Roman Qurski, Mərdan Məmmədov, Yusif Bünyatov, Ferhat Jenkel, Nihad Qasımov və Andrey Melnikov əsas millidə debüt şansı qazanacaqlar. 

Qeyd edək ki, voleybolçularımız Avropa çempionatının təsnifat mərhələsində A qrupunda Danimarka (3, 20 avqust) və Türkiyə (6, 17 avqust) yığmaları ilə mübarizə aparacaq

Azərbaycan millisi

Toppaylayıcılar: 2. Tural Həsənli, 13. Mirhasil Seyidli, 77. Roman Qurski

Blokçular: 8. Yeqor Nikulenko, 11. Ramazan Ağabəyov, 15. Dmitri Baranov, 16. Mərdan Məmmədov

Hücumçular: 1. Vüqar Bayramov, 3. Cavid Süleymanov, 4. Aqil Ağazadə, 10. Yusif Bünyatov, 14. Mais Verdizadə, 17. Andrey Vasilenko, 20. Andrey Melnikov

Liberolar: 5. Ferhat Jenkel, 6. Nihad Qasımov, 7. Emil Abdullayev, 19. Kənan Allahverdiyev
 

0
DİGƏR XƏBƏRLƏR
Loading...