Yüksək Liqa: “Murov Az Terminal" məğlub olub
06.01.2026 - 19:56
Yüksək Liqa: “Murov Az Terminal" məğlub olub

Qadın voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasında VI turdan təxirə salınan bir oyun keçirilib.

Apasport.az xəbər verir ki, "Murov Az Terminal" öz meydanında "Abşeron"la üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada sevinən tərəf qonaqlar olub.

Oyun "Abşeron" komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.