Yüksək Liqa: XI tura start verilir
28.01.2026 - 11:13
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XI tura start veriləcək.
Apasport.az xəbər verir ki, ilk gündə iki oyun təşkil olunacaq.
Saat 16:00-da "Neftçi" "Ordu" ilə üz-üzə gələcək. Saat 18:00-da isə "Murov Az Terminal" "Azərreyl"i qəbul edəcək.
Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.
Qeyd edək ki, XI tura yanvarın 29-da yekun vurulacaq.
0
0