Yüksək Liqada daha iki qarşılaşma baş tutub
08.01.2026 - 21:06
Yüksək Liqada daha iki qarşılaşma baş tutub

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Azərreyl" kollektivi "Turan" ilə üz-üzə gəlib. Tovuz Olimpiya İdman Kompleksində keçirilən matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

UNEC komandası isə "DH Volley"i 3:2 hesabı ilə məğlub etməyi bacarıb. Bu matç Azərbaycan Voleybol Federasiyasının idman zalında reallaşıb.