"Latsio" Tavareş üçün "Arsenal"la razılaşıb
12.07.2024 - 13:55
“Latsio” Nuno Tavareşi heyətinə qatmağa yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano rəsmi hesabında paylaşım edib.
Məlumata əsasən, İtaliya klubu “Arsenal”la sözlü razılığa nail olub. Transfer gerçəkləşərsə, Tavareş yeni klubu ilə 2029-cu ilə qədər müqavilə imzalayacaq.
“Topçular” bu transferdən 9 milyon avro və digər bonuslar əldə edəcək.
Qeyd edək ki, 24 yaşlı portuqaliyalı sol cinah müdafiəçisinin transfer hüququ 2021-ci ildən İngiltərə təmsilçisinə məxsusdur.
- “Misli”nin sponsorluğu ilə keçirilmiş “GoalPlus SummerFest 2024” yekunlaşıb - FOTO
- Arda Güler Kimdir? Türk Futbolunun Gənc Ulduzu Haqqında Bütün Detallar
- Ever Baneqa arzusuna çatır
- Ayxan Abbasov: "Sabah" bizə müraciət etmişdi, onlara dəstək olmalı idik" - Müsahibə
- Kopa Amerikada ilk finalçı Argentina oldu
0
0