Azərbaycan atleti Avropa birinciliyində 2 medal qazanıb
20.08.2026 - 23:05
Azərbaycan atleti Nuray Əbilova Avropa birinciliyində 2 medal qazanıb.
Apasport.az xəbər verir ki, İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Kosovonun Priştina şəhərində keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində uğurla çıxış edib.
Nuray Əbilova birdən qaldırma hərəkətində 70 kq nəticə göstərib. O, təkanla qaldırma hərəkətində 85 kq çəkinin öhdəsindən gələrək bürünc medal qazanıb.
Atletimiz toplam 155 kq nəticə ilə bu növdə də üçüncü yeri tutaraq ikinci bürünc medalını əldə edib.
- Vernidub “Neftçi”nin uğursuzluğundan danışdı – “Məsuliyyət tamamilə mənim üzərimdədir”
- Premyer Liqada debüt, “Qarabağ”ın yeni transferi ilə dostluq və Tovuz azarkeşi - MÜSAHİBƏ
- "Qarabağ" "Dinamo" səddini keçmək üçün nə etməlidir? - Geniş analiz
- Kevin Medina: “Böyük liqalarda həyata keçirəcəyim arzularım var”
- DÇ-2026: Paraqvay - Avstraliya matçının heyətləri açıqlandı
0
0