Andrea Belotti komandasını dəyişdi
01.02.2024 - 13:17
"Fiorentina" hücum xəttini gücləndirib.
Apasport.az xəbər verir ki, Florensiya klubu "Roma"dan Andrea Belottini icarəyə götürüb.
Bu barədə komandanın mətbuat xidməti açıqlama yayıb. Razılaşmaya əsasən, 30 yaşlı italiyalı forvard mövsümün sonuna kimi “Fiorentina”nın şərəfini qoruyacaq.
Qeyd edək ki, bu mövsüm 22 matçda forma geyinən Belotti 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azərbaycan klubu basketbolçusu ilə vidalaşıb
- "Məncə, təhlili düz aparmırıq" - Ayxan Abbasov
- Super Liqaya yüksələn son komanda bəlli olub
- Avropa birinciliyində 22 medal qazanan yığmamız komanda hesabında ikinci olub, yeni rekordlar vurub
- Avropa birinciliyində doqquz medal qazanan Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar
0
0