![İspaniya Avropa çempionu oldu - YENİLƏNİB](https://apasport.az/storage/news/2024/july/14/big/669366ebb2513669366ebb25141720936171669366ebb2511669366ebb2512.webp)
Bu gün Avropa Çempionatında çempionun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gəlib. Görüş ispanların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə "qırmızılar" qitənin ən güclüsü adına layiq görülüb.
Avro-2024
Final
14 iyul
23:00. İspaniya – İngiltərə 2:1
Qol: Vilyams, 47. Oyarzabal, 87 - Palmer, 73
Baş hakim: Fransua Leteksier
Berlin Olimpiya Stadionu
İspaniya: Unai Simon; Dani Karvahal, Robin Le Normand, Emerik Laport, Mark Kukurella, Rodri, Fabian, Dani Olmo, Lamine Yamal, Nico Uilliyams, Morata
İngiltərə: Pikford, Quehi, Stounz, Uolker, Şou, Saka, Kobbi, Rays, Bellinqem, Foden, Keyn