İspaniya - Fransa oyununa hakim təyinatları açıqlandı
07.07.2024 - 18:53
Avro-2024-ün yarımfinalında keçiriləcək İspaniya - Fransa oyunu üçün hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, matçı Sloveniya Futbol Federasiyasından Slavko Vinçiç idarə edəcək. Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını İvan Kruzliak (Slovakiya) yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 9-u keçiriləcək sözügedən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- İki şahmatçımız FİDE reytinqində “100-lüy”ü tərk etdi
- Canni İnfantino U-15 Dünya Çempionatına hazırlıq işlərinin gedişi ilə tanış olub - FOTOLAR
- Almaniyadakı beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları açıqlanıb
- ABŞ-də mövsümöncəsi hazırlıq turniri KEÇİRİLƏCƏK
- “Beşiktaş”ın sabiq futbolçusu İngiltərə klubunda
0
0