İspaniya - Fransa oyununun ən yaxşısı seçildi
10.07.2024 - 02:30
![İspaniya - Fransa oyununun ən yaxşısı seçildi](https://apasport.az/storage/news/2024/july/10/big/668db51a6859c668db51a6859d1720562970668db51a6859a668db51a6859b.jpeg)
Avro-2024-ün yarımfinalında keçirilən İspaniya - Fransa matçının (2:1) ən yaxşı futbolçusu müəyyənləşib.
Allsport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniya millisinin hücumçusu Lamin Yamal oyunun ən yaxşısı adına layiq görülüb.
90+4-cü dəqiqədə əvəzlənən 16 yaşlı hücumçu 21-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub.
Qeyd edək ki, İspaniya finalda Niderland - İngiltərə görüşünün qalibi ilə qarşılaşacaq.
0
0