İspaniya millisinin üzvləri Rodri və Alvaro Morata bir oyunluq diskvalifikasiya edilib.
Apasport.az xəbər verir ki, buna səbəb futbolçuların Cəbəllütariqin dövlətçiliyinə qarşı etdikləri hörmətsizlik olub.
UEFA-nın Etika Komissiyası bu hadisəni idmana yaraşmayan hərəkət və futbolun gözdən salınması kimi qiymətləndirib, baş verənləri əsas davranış qaydalarının pozulması hesab edib.
Avropa çempionluğunu qazanan İspaniya millisinin üzvləri qələbəni qeyd edərkən azarkeşlərlə birlikdə Cəbəllütariqə qarşı uyğun olmayan mahnı oxuyublar.
Qeyd edək ki, Rodri və Morata Millətlər Liqasının açılış matçını buraxacaqlar.
- “İnter” liderliyini davam etdirir
- “Leykers” heç vaxt reallaşmayan nəticə arzusunda
- Rusiya Avarçəkmə Federasiyasının prezidenti: "MDB Oyunları gənc idmançılar üçün vacib bir startdır"
- "Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı oyunlarına hakim təyinatları açıqlanıb
- "Sabah"ın ev oyunlarını keçirəcəyi məkan açıqlanıb