Noyer qapıçılar arasında liderdir
24.06.2024 - 11:18
Almaniya millisinin qapıçısı Manuel Noyer Avropa çempionatında qapıçılar arasında keçirdiyi oyunların sayına görə rekord qırıb.
Apasport.az xəbər verir ki, bu, Almaniyanın İsveçrə ilə qrup mərhələsinin son oyununda baş verib. Bu görüş Noyerin qitə çempionatlarında 18-ci oyunu olub.
Bundan əvvəlki nailiyyət - italiyalı Canluici Buffona məxsus idi (17 oyun).
Almaniya vaxtından əvvəl 1/8 finala vəsiqə qazanıb. İsveçrə isə Almaniya ilə oyundan sonra pley-offa yüksəlib.
Xatırladaq ki, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
- "Araz-Naxçıvan" və "Omoniya"nın baş məşqçiləri jurnalistlər qarşısına çıxacaq
- Kikboksinq üzrə Avropa çempionatı Bakıda keçirilə bilər
- Paris-2024: Sabah Şəriəti yarımfinalda məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: “Qarabağ”dan başqa heç yerdə işləmək istəmirəm”
- Dias Mərakeş millisinin tarixinə düşüb
0
0