![Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinə təşəkkür etdi - VİDEO](https://apasport.az/storage/news/2024/june/27/big/667c8d6299497667c8d62994981719438690667c8d6299495667c8d6299496.jpeg)
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin AVRO-2024-ün qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən Türkiyə - Çexiya matçını böyük coşqu ilə izlədiyi videogörüntü paylaşıb.
Apasport.az xəbər verir ki, qardaş ölkənin rəsmi qurumu paylaşımda bunları qeyd edib:
"Can Azərbaycandan uşaqlarımıza tam dəstək!
Bu gün 106-cı ildönümünü qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri milli futbol komandamızın 2:1 hesabı ilə qalib gəldiyi Çexiya matçını böyük həvəslə izləyib və Cenk Tosunun qələbə qoluna sevinib.
Sağ ol can Azərbaycan, sağ ol Qarabağ aslanları... Biz həmişə birik!"