UEFA Serbiya Futbol İttifaqını Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turunun İngiltərə millisinə qarşı oyununda baş verənlərə görə cərimələyib.
Apasport.az xəbər verir ki, quruma qarşı meydana yad əşya atmaq və idman hadisəsinə uyğun gəlməyən təxribat xarakterli mesaj göndərmək ittihamı irəli sürülüb.
UEFA serbiyalı azarkeşlərin bu davranışı səbəbindən Serbiya Futbol İttifaqını 14,5 min avro cərimələyib.
Bundan öncə UEFA azarkeşlərin meydana yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi və təxribat xarakterli mesajlar səbəbindən Albaniya millisini cərimələyib.
Qeyd edək ki, Serbiya - İngiltərə matçı ikincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Növbəti turda Serbiya millisi Sloveniya, İngiltərə isə Danimarka ilə qarşılaşacaq. Hər iki görüş iyunun 20-də baş tutacaq.
- Cavid Hüseynov: "Liqalar arasındakı fərq həqiqətən də böyükdür" - MÜSAHİBƏ
- İspaniya qrup mərhələsini məğlubiyyətsiz başa vurdu - YENİLƏNİB
- Azərbaycan cüdoçuları Qran-pridə 2 qızıl, 1 bürünc medal qazanıblar
- Daha bir azərbaycanlı yeniyetmə idmançıda dopinq tapıldı
- Qvardiola 70 nəfərə 10 min sterlinq mükafat verib