ABŞ-ın Pueblo şəhərində boks üzrə keçirilən beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb.
Apasport.az saytının məlumatına görə, yığmamızla yanaşı, ev sahibləri, Çin, Almaniya, Puerto-Riko və Filippin millilərinin qatıldığı yarışda 3 idmançımız finala yüksəlib.
51 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə rəqibi Bo Fanq (Çin) döyüşə gəlmədiyi üçün mərhələ adlayıb. O, həlledici qarşılaşmada çinli Xinminq Ma ilə üz-üzə gələcək.
Ümid Rüstəmov (57 kq) Xinyan Vanqın (Çin) ardınca onun komanda yoldaşı Ping Lyuya da gücünü göstərib. Boksçumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Rüstəmov finalda Julius Ballonu (ABŞ) sınağa çəkəcək.
Məhəmməd Abdullayev (+92 kq) də çempionluq döyüşünə vəsiqə qazanıb. O, yarımfinalda Danabieke Bayikevuzini (Çin) məğlub edib – 3:2 (30:27, 29:28, 29:28, 28:29, 28:29). Dünya çempionatının mükafatçısı qızıl medal uğrunda son Avropa çempionu olan almaniyalı Nelvi Tiafakla döyüşəcək.
Komanda yoldaşlarından fərqli, Nəbi İsgəndərov (71 kq) bürünc medalla kifayətlənib. Omari Consla (ABŞ) dueldə finala rəqib yüksəldiyindən boksçumuz 3-cü yeri tutub.
Qeyd edək ki, turnirdə final döyüşləri sentyabrın 15-də olacaq.
- “Valensiya”da yeni müqavilə
- Lionel Messi Kimdir? Futbol Dünyasının Əfsanəsinin Həyatı, Karyerası
- Xankəndidə “Qarabağ” qalib gəldi - FOTOLAR - YENİLƏNİB
- Birinci Liqa: "Qəbələ" "Qaradağ Lökbatan"ı, “İmişli” “Difai Ağsu”nu darmadağın etdi - YENİLƏNİB
- Mbappedən məşqçiyə zarafat - “Əclaf bizi xeyli qaçırtdı”