300-cü oyun
07.11.2022 - 11:29
Misli Premyer Liqasının XIII turu Bədavi Hüseynov üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi “Qarabağ”ın heyətində 300-cü oyununu keçirib.
Bu yubiley “Kəpəz”lə ev matçına təsadüf edib. 31 yaşlı futbolçu komandasının 3:1 hesablı qələbə qazandığı qarşılaşmada meydana sonradan daxil olub.
Debütü 2012/13 mövsümünə təsadüf edən Bədavi bütün turnirlər nəzərə alınmaqla çıxdığı 300 görüşdə 4 qola imza atıb. O, “Qarabağ”ın tarixində 300 və daha çox oyun keçirən 10-cu futbolçudur.
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək
- “Real”ın futbolçusu zədədən qayıdıb
- Prezident minifutbol üzrə milli komandanın üzvlərini qəbul etdi - YENİLƏNİB
- “PSJ” və “Liverpul” "Portu"nun yarımmüdafiəçisi üçün mübarizə aparacaq
- Növbəti cüt müəyyənləşdi - Fil Dişi Sahili Norveçlə üz-üzə gələcək
0
0