Aerobika gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcək
11.04.2024 - 19:14
Azərbaycan gənc aerobika gimnastları “Slovak Aerobic Open”də iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq beynalxalq turnir aprelin 12-14-də keçiriləcək.
Azərbaycan yığması turnirdə 5 idmançı ilə təmsil olunacaq. Yarışda ölkəmizin şərəfini Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova və Sara Əlixanlı qoruyacaq.
Qeyd edək ki, yarışda məşqçi Emil Quliyev və hakim Tünzalə Daşdəmirova da ölkəmizi təmsil edəcəklər.
- Kaxaber Tsxadadze: "Heç kim deyə bilməz ki, I Liqada çempion olmaq asan əldə edilə biləcək nəticədir"
- Krivotsyuk oynadı, komandası qələbə qazandı
- “Qarabağ”ın bütün rəqibləri dəqiqləşdi – Çempionlar Liqasında
- Azərbaycan Kuboku: "Şimal", “Ağdaş” və “Hypers”dən qələbə - YENİLƏNİB
- Uğursuzluq Santuşa bağışlanılmadı
0
0