AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Toplantı sentyabrın 13-də AFFA-nın inzibati binasında gerçəkləşəcək.
Saat 15:00-da başlayacaq iclasın gündəliyinə bir sıra məsələlər daxildir:
1. Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi
2. AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat
3. Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı
4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr
5. İntizam Komitəsinə yeni üzvlərin təsdiqi
6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi
7. Qadın Liqaların 2024/2025 mövsümü üçün təkliflərin müzakirəsi
8. Digər məsələlər
- Azərbaycanlı pilot Davin Cəfərov Portimaoda "Formula 4" testlərini uğurla başa vurub
- Ceyhun Sultanov: "Hər qapıçı bu qədər zərbəni dəf etməyi bacarmır" - Açıqlama
- Avropa Liqası: “Fənərbaxça”dan qələbə, “Beşiktaş” darmadağın oldu - YENİLƏNİB
- “Real”ın futbolçusu millinin heyətində zədələnib
- Luis Suares ən yaxşı “9 nömrə”ni açıqladı