![AFFA-nın əməkdaşları UEFA-nın seminarında iştirak edirlər](https://apasport.az/storage/news/2024/february/14/big/65ccb7d0a0ffc65ccb7d0a0ffd170791521665ccb7d0a0ffa65ccb7d0a0ffb.jpg)
Niderlandın paytaxtı Amsterdamda UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda seminar keçirilir.
Sportal.az xəbər verir ki, fevralın 15-dək davam edəcək seminarda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov və maliyyə meyarları üzrə menecer Bəhram Dadaşov iştirak edirlər.
Seminar zamanı aşağıdakı mövzular müzakirə olunub:
Niderlandda Lisenziyalaşdırma sisteminin inkişafı;
Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;
Lisenziar olan Milli Assosiasiyaların sertifikasiyası;
UEFA Lisenziyalaşdırma üzrə illik hesabatı;
Lisenziar və lisenziya iddiaçısı arasına kommunikasiyalar;
UEFA-nın Milli Assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı;
Qadın futbolu və klubların lisenziyalaşdırılması və s.