AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
06.08.2024 - 18:16
![AFFA nümayəndəsi UEFA-dan təyinat alıb](https://apasport.az/storage/news/2024/august/06/big/66b230060156166b2300601562172295373466b230060155e66b230060155f.jpg)
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Boraç” (Bosniya və Herseqovina) – “Klaksvik” (Farer adaları) oyununun UEFA nümayəndəsi olacaq.
Banya Luka şəhərində yerləşən “Qradski” stadionunda keçiriləcək görüş avqustun 15-də baş tutacaq.
“Boraç” – “Klaksvik” matçını bolqarıstanlı baş hakim Georgi Kabakov idarə edəcək.
0
0