AFFA tərəfindən Misli Premyer Liqasında çıxış edən komandaların tibbi heyəti üçün UEFA-nın “Football Education Program”ına əsasən “Təxirəsalınmaz tibbi vəziyyətlər və zədələr” (ürək dayanması, anafilaksiya, qıcolmalar, baş zədələri, onurğa döş qəfəsi, üz zədələri) adlı seminar təşkil olunub.
Apasport.az xəbər verir ki, 3 gün davam edən seminara Azərbaycan milli komandasının baş həkimi Vyaçeslav Xomenko rəhbərlik edib. Tədbirdə həmçinin millimizin həkimi Olcay Bayramov da çıxış edib. İlk gündə həkim Cavad Cabbarov da təcrübələrini həmkarları ilə bölüşüb.
Seminarın keçirilməsində məqsəd komandalarda çalışan həkimlərin biliklərini daha da təkmilləşdirmək, futbolda tez-tez baş verən zədələr və onların UEFA standartlarına uyğun olaraq həlli yolları ilə tanış etmək olub.
- Boksçumuz Avropa birinciliyində erməni rəqibinə qalib gəldi və medalı təmin etdi
- Sabiq “Arsenal”lı ittihamlardan bəraət aldı - günahsız olduğu sübut olundu
- Ronaldo "Santiaqo Bernabeu" arenasına qayıdır
- Ağsu şəhər stadionunun süni ot örtüyü FIFA-nın sertifikatına layiq görülüb
- DÇ-2026: Meksika Çexiyanı, CAR Cənubi Koreyanı məğlub etdi - YENİLƏNİB