AFFA rəsmisi UEFA-dan növbəti təyinat alıb
01.04.2024 - 09:59
![AFFA rəsmisi UEFA-dan növbəti təyinat alıb](https://apasport.az/storage/news/2024/april/01/big/660a4c24028e8660a4c24028e91711950884660a4c24028e6660a4c24028e7.jpg)
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Lüksemburq – Albaniya oyununun UEFA nümayəndəsi olacaq.
C liqasının 5-ci qrupu çərçivəsində aprelin 5-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, görüş Lüksemburqun Eş-sur-Alzet şəhərindəki “Emil Mayrix” stadionunda reallaşacaq.
0
0