Futbol üzrə Arika Kubokunun başlamasına qısa müddət qalır.
Apasport.az xəbər verir ki, yarış 2024-cü il yanvarın 13-dən fevralın 11-dək Kot-d'İvuarda təşkil olunacaq.
Əvvəlcə turnir 2023-cü ilin yayında keçirilməli idi, lakin bölgədəki daşqınlar səbəbindən yarışın tarixləri təxirə salındı.
2024-cü il Afrika Millətlər Kubokunda Nigeriya,
Fil Dişi Sahili, Qvineya-Bisau, Ekvatorial Qvineya, Qana, Misir, Kapo Verde, Mozambik, Kamerun, Seneqal, Qvineya, Qambiya, Anqola, Əlcəzair, Burkina Faso, Mavritaniya, Namibiya,
Tunis, Mali, Cənubi Afrika, Mərakeş, Zambiya,
Konqo Demokratik Respublikası və Tanzaniya milliləri mübarizə aparacaq.
2024-cü il Afrika Kuboku bir neçə mərhələdə keçiriləcək: əvvəlcə 24 komanda qrup turnirində oynayacaq (hər qrupda 4 komanda var), sonra isə yarışın 1/8 finalından pley-off mərhələsi başlayacaq.
Yarışlar Kot-d'İvuarın beş şəhərində keçiriləcək: Abidjan, Buake, San Pedro, Yamoussoukro və Korhoqo.
Qeyd edək ki, Afrika kubokunun hazırkı qalibi Seneqal komandasıdır. 2022-ci ilin fevralında komanda turnirin finalında Misiri penaltilər seriyasında məğlub edib (0:0, 4-2).
- Ferstappen pouldan başladı, Piastri qələbə ilə tamamladı
- NBA: Şengün 18 xalla komandasına qələbə qazandırıb
- Azər Əliyev “Beşiktaş”la matçı buraxacaq
- Elvin Əliyev: “Mənə 200 min verirlər ki, oyun alqı-satqısında iştirak edim?” - OFSAYD
- “Kəpəz”in kapitanı: "Hər şeyi onun vicdanına buraxıram" - Müsahibə