“Ağ-qaralar”da yeni sponsor
18.07.2026 - 15:24
“Ağ-qaralar”da yeni sponsor

“Neftçi” və “Aerowingo” arasında 3 illik əməkdaşlıq müqaviləsi imzalanıb.

Apasport.az xəbər verir ki, anlaşmaya əsasən, “Aerowingo” növbəti üç mövsüm ərzində "ağ-qaralar"ın rəsmi səyahət tərəfdaşı (Official Travel Partner) olacaq.

Eyni zamanda, şirkətin loqosu komandanın rəsmi oyun formalarının arxa hissəsinin aşağı bölməsində yer alacaq.

Əməkdaşlıq çərçivəsində “Aerowingo” klubun qış təlim-məşq toplanışlarının əsas tərəfdaşı kimi çıxış edəcək. Bununla yanaşı, tərəflər müxtəlif marketinq layihələrinin, rəqəmsal kommunikasiya kampaniyalarının və azarkeşlər üçün nəzərdə tutulan xüsusi təşəbbüslərin birgə həyata keçirilməsini təmin edəcəklər.

“Aerowingo” beynəlxalq aviabiletlərin, otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması üzrə fəaliyyət göstərən onlayn səyahət platformasıdır. Platforma fərdi istifadəçilərə, korporativ müştərilərə və turizm agentliklərinə geniş səyahət həlləri təqdim edir.