Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev İspaniyanın paytaxtı Madriddə keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində 2 qızıl, 1 gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, ikinci yarış günündə Musab Məmmədtağıyev U-15 kateqoriyasında mübarizə aparıb.
56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdənqaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub. Musab təkanlaqaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb.
Beləliklə, iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi adını qazanıb.
- Ayxan Abbasov: "Allah qoysa, azarkeşlər məni başa düşəcəklər" - Müsahibə
- II Liqada XI turun təyinatları açıqlanıb
- AMADA “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş beynəlxalq konfrans keçirəcək
- "Qarabağ" - "Ludoqorets" matçına 23 min bilet satılıb
- Misli Premyer Liqasında komanda sayı artırılacaq