Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (109 kq) 3 gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, yığmanın lideri bu uğura Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda nail olub.
Atletimiz birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb. O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.
Toplam 388 kq (177+211) nəticə gösərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 449 (228+231) atlet iştirak edib.
- Ramin Quliyev: "Neftçi"də mövsümün gedişindəki uğurlu seriyanı saxlasaydı, fərqli alınardı" - MÜSAHİBƏ
- "Liverpul"dan Nunyesə 100 milyonluq təklif
- Estoniya millisinin baş məşqçisi: “Azərbaycanla matçda xallarımızı qazanmağa çalışacağıq”
- "Beşiktaş"da 10 itki birdən: Heyətin yarısı matçı buraxacaq
- Dünya çempionu “Yunayted” və “Atletiko”nun radarında