Amil Yunanov üçün əlamətdar görüş
15.04.2024 - 15:56

Amil Yunanov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, “Kəpəz”in futbolçusunun yubileyi Misli Premyer Liqasının XXX turuna təsadüf edib.
31 yaşlı hücumçu “Səbail”lə səfər matçında (3:3) şans qazanıb. Amil 200 oyunda 52 qola imza atıb.
Onun debütü 2010/11 mövsümündə “Qəbələ”nin heyətində gerçəkləşib. Yunanov ilk klubunda 7 (1 qol), “Sumqayıt”da 91 (28 qol), “Şamaxı”da 61 (14 qol), “Səbail”də 29 (6 qol), “Kəpəz”də 12 (3 qol) oyun keçirib.
- "Neftçi"nin yeni transferi: "Azarkeşlərə demək istəyirəm ki, Alfa buradadır" - Müsahibə
- Arsen Venger Premyer Liqanın qalibinin adını açıqladı
- “Qarabağ” geri düşdü, "Neftçi" irəli - dünya reytinqi
- "Trabzonspor" açıqladı: "5 idman şərhçisi haqqında cinayət işi açılıb"
- Krunoslav Renduliç: "Qələbəyə layiq idik"
0
0