"Araz-Naxçıvan" 1 gündə 3-cü transferini reallaşdırdı
29.05.2024 - 20:05
!["Araz-Naxçıvan" 1 gündə 3-cü transferini reallaşdırdı](https://apasport.az/storage/news/2024/may/29/big/66574340d791f66574340d7920171699488066574340d791d66574340d791e.png)
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.
Bölgə təmsilçisi Ömər Buludovla anlaşıb. “Neftçi”nin yetirməsi olan cinah müdafiəçisi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu 2017-ci ildən cari mövsümün sonuna qədər “Neftçi”nin heyətində yer alıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün Urfan Abbasov və Ülvi İsgəndərovla müqavilə imzalayıb.
0
0