“Araz-Naxçıvan” qrupda qaldı
27.10.2022 - 22:01
![“Araz-Naxçıvan” qrupda qaldı](https://apasport.az/storage/news/2022/october/27/big/635ac7a630b10635ac7a630b111666893734635ac7a630b0b635ac7a630b0e.jpg)
Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, təmsilçimiz bu dəfə Serbiya çempionu “Lozniça Qrad”la qarşılaşıb.
Oyun rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qoluna Vitao imza atıb. Bu nəticədən sonra komandamız növbəti mərhələyə yüksəlmək şansını itirib.
Qeyd edək ki, “Araz-Naxçıvan” turnirdə son görüşünü oktyabrın 29-da Bosniya və Herseqovinanın “Mostar” komandasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0
0